Livanın yeni hökuməti İranla bağlı bütün simvolları yığışdırır

Tarix: 15:19 16.04.2025
Livan hökuməti Beyrut küçələrindən İranla bağlı bütün simvolları yığışdırır.
“İnformator.az” xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Qeyd olunub ki, Həsən Nəsrullah, Qasım Süleymaninin fotoşəkilləri və "Hizbullah"ın bayraqları yığışdırılıb.
Toplanan bayraqlar "Livan üçün yeni dövr" yazılmış plakatlarla əvəzlənib.