İran ABŞ ilə mümkün sazişə dair danışıqlara başlamağa hazırdır

Tarix: 16:54 16.04.2025
"Vaşinqton konstruktiv mövqe tutarsa və nüvə proqramının tamamilə ləğvində təkid etməzsə, İran ABŞ ilə gələcək sazişin şərtlərini müzakirə etməyə hazırdır".
İnformator.az-ın SNN telekanalına istinadən xəbərinə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçı jurnalistlərlə görüşü zamanı deyib.
"ABŞ-lilər konstruktiv mövqe tutsalar, biz mümkün saziş üzrə danışıqlara başlaya biləcəyik. İran tərəfindən uranın zənginləşdirilməsi real məsələdir və bəzi narahatlıqlara baxmayaraq, biz İranın nüvə proqramına etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipinin özü müzakirə mövzusu deyil", - deyə o vurğulayıb.