Parlamentdən yol cərimələrini artıran yeni qanun layihəsi

Bölmə: Dünya › ,
Tarix: 18:14 16.04.2025

Yol qəzalarında can itkisinin azaldılması və qarşısının alınması məqsədi ilə qaydalara əməl etməyən sürücülərə verilən inzibati cərimələrin artırılması ilə bağlı tənzimləmə Türkiyə Böyük Millət Məclisinin gündəliyinə çıxarılacaq.

 

AK Partiya millət vəkilləri, Qrup sədri Abdullah Gülerin liderliyində yol hərəkəti qaydalarına əməl etməyənlərə verilən inzibati cərimələrin aşağı və yuxarı həddini artırmaq üçün tənzimləmələri ehtiva edən qanun layihəsi hazırlamağa başlayıb.

 

Ötən il yol qəzalarında sürücülərin səhvi nəticəsində ölənlərin sayının 6500 nəfər olduğunu nəzərə alan millət vəkilləri bu kontekstdə qanun layihəsi ilə çəkindirmə məqsədi daşıyacaq.

 

Deputatlar qaydalara əməl olunmaması səbəbindən baş vermiş yol-nəqliyyat hadisələrini araşdıracaqlar. Təsir təhlilindən sonra qaydalar müəyyən ediləcək və təklif yekunlaşdırılacaq.

 

Təkliflə sürət həddini aşan, işıqforun qırmızı işığını pozan, zolaqları səhv dəyişən və dönmə qaydalarına əməl etməyənlərə verilən inzibati cərimələr artırılacaq.

 

Araşdırmalar tamamlandıqdan sonra təklif Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim ediləcək.

 

Digər tərəfdən, Türkiyə Böyük Millət Məclisinin Baş Məclisinin 21 noyabr 2024-cü il tarixində qəbul etdiyi qanunla icazəsiz yanıb-sönən və yuxarı işıqlardan istifadə edən sürücülərə verilən inzibati cərimə 96 min lirəyə qaldırılıb, sürücülük vəsiqələrinin 30 gün müddətinə ləğv edilməsi praktikasına başlanılıb.

 

Söz mövzusu qanuni tənzimləmə ilə çəkindirmə təmin edilərək icazəsiz yanıb-sönən işıq və mayakların istifadəsinin 80 % azaldığı müəyyən edildi.

 

Mənbə: TRT Haber

Məhərrəmli Xədicə