"Hakimiyyətlər dəyişdikcə bu hallara tez-tez rast gəlirik"-ŞƏRH

Tarix: 20:00 16.04.2025
Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyadan sığınacaq istəyib
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Tofiq Abbasov bildirir ki, belə hadisələr beynəlxaq praktikada çox geniş tətbiq olunan bir prosesdir:
“Bu bilavasitə siyasi baxışlarla, hər hansı bir platformaya bir münasibətlə tənzimlənən bir məsələdir. Hazırda səfirin Rusiyadan sığınacaq istəməsi şəxsən personalın özünün seçminin bəyan edilməsidir. O bildirir ki, yeni rejimlə və rəhbərliklə barışmır, öz etimadını əvvəlkitək Bəşər Əsədə qoruyub saxlamaq niyyətindədir. Bəşər Əsəd özüdə sığınacaq istəyib Rusiyadan və onsuzda sığınacaq verilib. Hətta bu yaxınlarda bir neçə belə addımın şahidi olduq. Gürcüstanda hadisələr başlayanda Qərbin sərt və lazımsız müdaxilələri fonnunda bəzi Gürcüstanı təmsil edən səfirlər hökümətə etimadsızlıq göstərdilər. Və açıq şəkildə göstərdilər ki, guya onlar qərbpərəst siyasətin nümayəndələridir. Beləcə onlar öz yollarını indiki hakimiyyətlə ayırdılar. Hakimiyyətlər dəyişdikcə biz bu hallara tez-tez rast gəlirik. Bəzi qüvvələr şübhəsiz ki, yeni hakmiyyətlə razılaşmırlar və razılaşmayacaqlar. Çünki, onlar köhnə hökümətlə əlaqəli olublar və yaxud da ümumiyyətlə, indi yaranan hakimiyyətlə münasibət qurmaq istəmirlər”.
Aysel Mirzəyeva