Aramsız yağan yağış Bakıya necə təsir göstərir?-ekspert AÇIQLAYIR

Tarix: 20:52 16.04.2025
Bakıda yağış yağanda, şəhərin nəqliyyat sistemi və infrastrukturunun sığorta edilmədiyi açıq-aşkar görünür. Yağışlı hava, şəhərdəki yol şəbəkəsinin zəifliyini və drenaj sistemlərinin funksiyasızlığını üzə çıxarır. Xüsusilə payız və yaz mövsümündə baş verən güclü yağışlar şəhər sakinlərinin həyatını ciddi şəkildə çətinləşdirir. Bu çətinliklər yalnız sürücüləri deyil, həm də piyadaları, məktəbə və işə gedən insanları, nəqliyyat vasitələrini istifadə edən hər kəsi əhatə edir.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı şəhəri ərazisində yol ötürücülərdən, tunellərdən mühəndislik əhatə olunan dairələrdə sel basmanın müxtəlif problemləri var:
“Burada əsas problem ondan ibarətdir ki, bugünkü gündə yol infrastrukturun əsas subyektlərindən biri də atmosfer çöküntüləri-yağış suları, qar suları, buzlaşma, yüksək günəş hərarəti və.s mühəndislik qurğularından istifadə etməklə, yağış sularının tunellərdən çəkilməsinə səbəb olmaqdır. Bu gün nəqliyyat infrastrukturunun əsas bölmələrindən biri də yol ötürücüləri və yaxud körpülər, tunellərdir. Tunellərdə selbasmanın qarşısını almaq üçün mütləqdir ki, ayrı hidroloji qurğuların istismarı və yaxud təbii axını təmin etməklə həmin ərazilərdə yağış sularının uzaqlaşdırılmasına nail olmaq olar. Qrunt suları yox səviyyəsindədir. Burada məsələnin mahiyyəti qrunt sularından deyil, yağan atmosfer yağıntılarından ibarətdir. Xüsusən də müəyyən yol səthindən aşağı hissədə yerləşən metro, tunel və digər mühəndis qurğularının ərazilərində, onlara tabe olan ərazilərdə yağış sularının yığılmasıdır”.
Ekspert onu da qeyd edib ki, dövlət qurumları, icra, bələdiyyə, eləcə də qeyri-hökümət təşkilatlarının birgə koordinasiyası şəklində bu məsələnin ayrıca bir subyekt kimi işlənməsindən müzakirə olunur:
“Yəni həmin ərazidə bələdiyyə, icra hakimiyyətinin səyi ilə nasos quraşdırıla bilər. Bu nasosun keyfiyyətli olub, həmin ərazidən yağış sularını birbaşa uzaqlaşdıra bilər.
Eyni zamanda nəqliyyat infrastrukturunun xüsusi bölmələri bu və digər formada istifadə olunmayıb, bu da öz növbəsində xüsusi arqumentləri özündə ehtiva edir. İstənilən halda nəqliyyat vasitələri mütləqdir ki, təhlükəsizlik tədbirlərini qoruya bilsinlər”.
Əminə Əliyeva