İtaliyanın baş naziri Ağ Evdə Trampla tarifləri müzakirə edəcək

Tarix: 21:08 16.04.2025
İtaliyanın baş naziri Giorgia Meloni sabah Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşərək beynəlxalq məsələləri, xüsusilə də tarifləri müzakirə edəcək.
İtaliya Baş Nazirliyinin açıqladığı həftəlik proqrama əsasən, Meloni sabahdan etibarən iki gün ardıcıl olaraq ABŞ rəhbərliyi ilə yüksək səviyyəli təmaslar keçirəcək. Meloni aprelin 17-də Vaşinqtonda Trampla görüşəcək və sonra Pasxa bayramı üçün İtaliyada olacaq ABŞ-ın vitse-prezidenti J.D.Vansı qəbul etmək üçün dərhal Romaya qayıdacaq. İtaliya mətbuatında çıxan xəbərlərə görə, ABŞ prezidenti Trampın son həftələrdə Avropa Birliyi (AB) ölkələri də daxil olmaqla bir çox ölkə üçün gündəmə gətirdiyi yeni gömrük tarifləri məsələsi Meloni səfərinin əsas prioritetidir.
İki liderin tariflərdən əlavə, müdafiə xərclərinin artırılması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ABŞ-Avropa İttifaqı (Aİ) münasibətləri, enerji və Çinlə münasibətləri müzakirə edəcəyi gözlənilir. 2024-cü il dekabrın 8-də Parisdə Notr-Dam kilsəsinin açılışında Trampla prezident olmadan, daha sonra yanvarın 5-də Floridadakı malikanəsində görüşən və yanvarın 20-də Trampın andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olan Meloni-nin tariflər məsələsində ABŞ və Aİ arasında körpü rolunu oynaya biləcəyi ilə bağlı ictimai maraq var.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı