Biz heç vaxt bölgəmizdə yeni bir böhranın yaşanmasını istəmirik-Prezident Ərdoğan

Bölmə: Dünya › ,
Tarix: 17:55 17.04.2025

Prezident Rəcəb Tayyib Ərdoğan Astsubay Komando məzunu mərasimində açıqlama verib:

 

"Türkiyə Cümhuriyyəti sülh və sabitliyin tərəfindədir. Türkiyə öz bölgəsində heç bir ayrı-seçkilik olmadan sülhün hökm sürməsini səmimiyyətlə istəyir. İllərdir qarşıdurmalarla mübarizə aparan bölgəmizdə heç vaxt yeni bir böhranın yaşanmasını istəmirik" deyib.

Bundan dərhal sonra Ərdoğan Silvan Tuneli qazıntılarının başlama mərasimində layihənin əhəmiyyətinə diqqət çəkərək, Silvan Tunelinin bu coğrafiyanın taleyini dəyişəcək çox kritik bir obyekt olduğunu, ölkəmizin ən böyük suvarma tuneli olacağını deyib. Ərdoğan çıxışında bu sözləri də qeyd edib:


"Malazgirt basqınlarından İstanbulun fəthinə qədər şəhidlik şərbətini içən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allahdan bu cənnət vətənin hər guşəsini layiqincə qorumağı, Türkiyəni hər sahədə qələbə çalmağı, ölkə daxilində birlik mühiti yaratmağı bizə nəsib etsin. Allahdan hər bir əsgərimizə öz vəzifələrində üstün mühafizə nəsib etməsini diləyirəm. Sizi böyük zəhmətlə böyüdən ailələrinizə də salamlarımı göndərir, Allah onlardan razı olsun deyirəm. Qazandığınız məzun sertifikatları havada, quruda, dənizdə, hər zaman və hər yerdə verəcəyiniz qorxmaz mübarizənin fəxri sertifikatlarıdır".


Mənbə: Hürriyet
Qəmər Kazımzadə