ABŞ və Ukrayna arasındakı iqtisadi əməkdaşlıq haqqında saziş

Tarix: 19:37 17.04.2025
Ukrayna Prezidenti ABŞ ilə iqtisadi əməkdaşlıq haqqında saziş üzrə danışıqların uğurlu olduğunu qeyd edib.
Mövzu ilə bağlı Sultan Zahidov "İnformator.az" a açıqlamasında bildirib ki, sazişdə müəyyən məqamlar var ki, Ukrayna ona razılıq vermir:
"İlk növbədə Ukraynanın konstitusiyasına görə onun resuslarının, infrastrukturunun tam şəkildə başqa ölkənin nəzarətinə verilməsi, ABŞ-nin ilkin versiyasında bu var idi. Bu məsələ Ukraynanı qane etmir. Digər tərəfdən burada Avropa Birliyinində qane olmadığı məqamlar var. Çünki, Ukrayna Avropa Birliyinə üzvlik kursunu götürür və Avropa Birliyinin nizamnaməsinə görə hansısa bir üzv ölkənin nəqliyyat və infrastrukturunun başqa dövlətin nəzarətində olması məqbul deyildir. Çünki mineral sazişlər layihəsinin ilkin versiyasına əsasən ABŞ Ukraynadan keçən, nəqliyyat yolları, infrastruktur, limanlar üzərində hakimiyyətə sahib olacaqdır ki, bu da həm Ukrayna, həm də Avropa Birliyi tərəfindən qəbul olunmazdır".
O həmçinin açıqlamasında bildirdi ki, eyni zamanda Ukraynanın əsas şərtlərindən biri sazişə ABŞ-nin təhlükəsizlik zəmanəti şərti qəbul edilməsidir:
"Bu da ABŞ qane etməyən məqamdır. ABŞ sadəcə bu fikirdədir ki, onsuz da mənim biznesim və iqtisadi maraqlarım varsa Ukraynada, deməli, bu maraqlar müdafiə olunacaqdır. Ayrıca təhlükəsizliklə bağlı bəndin yer almasına ehtiyac yoxdur. Rusiya daha çox bu şərtin olmasında maraqlı olmadığından ABŞ-də bir neytral tərəf kimi Rusiyanın istəyini nəzərə almaq məcburiyyətindədir. Ukraynın borcunu və bu layihədən ABŞ-nin payına düşən rəqəmin miqdarını 100 milyarda saldı və yeni versiyaya görə ABŞ və Ukrayna birgə fondu Ukrayna mineral resusların istimarından əldə olunan gəlirin 100 milyard dolları ABŞ-nin payına gedəcək. Digər hissəsi başqa layihələrdə Ukrayna tərəfindən istifadə olunacaqdır".
Ayşən Səlimova