Rusiyadan Talibanla bağlı qərar-Terror təşkilatı statusundan çıxarıldı

Bölmə: Dünya › ,
Tarix: 20:27 17.04.2025

Rusiyanın Ali Məhkəməsi cümə axşamı Talibanı "terror təşkilatı" statusundan məhrum edib. Bu addım Əfqanıstanın de-fakto administrasiyası ilə dostluq münasibətlərinin qurulması səylərinin simvolik təzahürü kimi qiymətləndirilib.

 


Rusiya-Taliban münasibətləri


Qrup 2021-ci ildə Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra Rusiya Talibanla ehtiyatlı, lakin sabit diplomatik dialoq prosesi aparır. Moskva uzun illərdir ki, Talibanı “terror təşkilatı” kimi tanısa da, son vaxtlar iki tərəf arasında iqtisadi, təhlükəsizlik və regional sabitlik məsələlərində müzakirələr sürətlənib. Moskva Mərkəzi Asiyadakı müttəfiqlərini və sərhəd təhlükəsizliyini qorumaq üçün Talibanla dialoqa xüsusi önəm verir. Bundan əlavə, Əfqanıstandakı humanitar böhran, terror təhlükəsi və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə iki tərəfin danışıqlarında diqqətçəkən mövzulardandır.



Mənbə: a haber
Nərmin Həşimova