600 min ictimai işçi üçün danışıqlar

Bölmə: Dünya › ,
Tarix: 20:56 17.04.2025

Təxminən 600 min ictimai işçinin maaş artımının müəyyən ediləcəyi İctimai Kollektiv Əmək Müqaviləsi Çərçivə Protokolu ilə bağlı danışıqlarda dövlət işəgötürənini təmsil edən Türkiyə Ağır Sənaye və Xidmət Sektoru İctimai İşəgötürənlər Birliyi (TÜHİS) ilə işçi tərəfini təmsil edən TÜRK-İŞ və HAK-İŞ heyətləri bir araya gəlib.

 

Avtomobil yolları, dəmiryolları, elektrik stansiyaları, nazirliklər, universitetlər və xəstəxanalar da daxil olmaqla, dövlət qurum və təşkilatlarında təxminən 600 min işçini əhatə edən 2025-ci il İctimai Kollektiv Əmək Müqavilələri Çərçivə Protokolu ilə bağlı danışıqlarda proses davam edir. 

 

Tərəflər TÜHİS-in ev sahibliyi ilə fevralın 27-də TÜRK-İŞ və HAK-İŞ-in birgə əmək haqqı artımı tələbinin Əmək və Sosial Müdafiə Nazirliyinə təqdim edilməsi ilə başlayan danışıqlar çərçivəsində bu gün bir araya gəliblər. Təxminən 1 saat davam edən iclasda həmkarlar ittifaqlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi 21 maddəlik təklif müzakirə olunub.

 

Mənbə: CNN Türk

Çimnaz Telmanqızı