Putin-Tramp sammiti nə vaxt olacaq

Tarix: 20:59 17.04.2025
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüşün yeri və vaxtı hələ dəqiqləşdirilməyib.
Uşakov "Rossiya" dövlət televiziya kanalına verdiyi açıqlamada Rusiya ilə ABŞ arasındakı münasibətləri dəyərləndirib. Rusiya lideri Putinlə ABŞ Prezidenti Tramp arasında mümkün görüş mövzusunun hər kəsin ağzında olduğunu deyən Uşakov:
"Hələlik konkret tarixlər razılaşdırılmadığını deyə bilərəm. Hətta yer razılaşdırılmayıb. Bununla belə, başda amerikalı həmkarlarımız olmaqla, bir çox insanlar Ər-Riyaddan danışır" , - dedi.
Mənbə:CNN Türk
Əminə Əliyeva