Rusiya ilə Yaponiya arasında böhran

Bölmə: Dünya › ,
Tarix: 21:02 17.04.2025

Rusiya Hokkaydo adasında keçirməyi planlaşdırdığı hərbi təlimlərlə bağlı Yaponiyaya etiraz notası göndərdiyini açıqlayıb.

 


Nazirlikdən verilən açıqlamada Yaponiyanın iyun ayında Hokkaydo adasında keçirməyi planlaşdırdığı hərbi təlimlərlə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə sərt etiraz notası verildiyi bildirilib. Açıqlamada təlimlərin Rusiya sərhədlərinə yaxın bölgədə keçiriləcəyi və bu təlimlərdə “Type-88” model raketlərlə təchiz edilən SSM-1 sahil müdafiə sistemlərindən istifadə ediləcəyi bildirilib.


"Rusiya tərəfi bu cür təxribat xarakterli hərbi fəaliyyəti Rusiyanın milli təhlükəsizliyinə potensial təhlükə hesab edir və onları tamamilə qəbuledilməz hesab edir. Tokionun hərəkəti Şimal-Şərqi Asiyada və bütün Asiya-Sakit Okean regionunda gərginliyin artmasına gətirib çıxarır", - bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd olunub ki, Moskva ölkənin Uzaq Şərq sərhədlərində təhlükəsizliyi təmin etmək üçün bütün lazımi əks tədbirləri görmək hüququnu özündə saxlayır.

 

 

Mənbə:CNN Türk
Əminə Əliyeva