Qvineyada yerli əhali civə ilə zəhərlənir

Bölmə: Dünya › ,
Tarix: 21:39 17.04.2025

Fransanın kolonizasiya siyasətindən əziyyət çəkən Qvineyada yerli əhali civə ilə zəhərlənir. Yerli xalqların istər sosial problemləri olsun, istərsə də digər vasitələrlə məhv edilməsi istiqamətində siyasəti müşahidə olunub.

 

Mövzu ilə əlaqədar politoloq Əli Zülfüqaroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, tarix boyu Fransa müstəmləkə siyasətini vəhşi formada həyata keçirib:

 

“Yerli xalqların istər sosial problemləri olsun, istərsə də digər vasitələrlə məhv edilməsi istiqamətində siyasəti müşahidə olunub. Düşünürəm ki, Qvineya hadisəsi də, düşünülən yanaşmadır və Fransa son zamanlarda öz gerçək simasının ortaya çıxmasından narahatdır. Bu faktlar onu əsaslandırır ki, ümumiyyətlə Fransanın hazırda müstəmləkəsində olan, ümumiyyətlə bəşəri dəyərləri üçün ləkə olan siyasi xətti iflasa uğrayacaq və yerli xalqlar daha da geniş etirazlara qalxaraq, öz müstəqilliklərini əldə edəcəklər. Təbii ki, Yeni Kolodoniya ilə bağlı bir təcrübə var və Azərbaycan Yeni Kolodoniya xalqının hüquqlarının qorunması istiqamətində önəmli addımlar atıb. Daha böyük platformalara daşımaqla beynəlxalq ictimaiyyətə çatdırması yolunda önəmli addım atıb. Bu hal isə onu deməyə yol verir ki, müsbət hal yaradıb”.

 

Ekspertin sözlərinə görə, Qvineya hadisəsi ilə bağlı da müxtəlif ölkələrin ictimai rəyi hesablanmalıdır:

 

“Kaledoniya hadisəsi digər Fransa müstəmləkəsində olan xalqların daha da aktiv formada mübarizəyə başlayacağını deməyə əsas verir və bu o deməkdir ki, proses getdikcə daha geniş vüsət alacaq. Həmin xalqlar öz azadlıq və müstəqilliklərinə qovuşa bilərlər. Fransa daha qəddar şəkildə çalışacaq ki, etirazları yatırsın və mümkün qədər müstəmləkə siyasətinin dağılmaması üçün əlindən gələni edəcək. Lakin hazır ki, geosiyasi proseslər fonunda məsələyə yanaşsaq, onu əminliklə söyləmək olar ki, Fransanın bu siyasətini uzaq prespektivdə davamlı olacağı mümkünsüzdür. Hazırda Fransanın geosiyasi mövqeləri ciddi şəkildə zərbə alıb. Xüsusilə Afrikada Fransaya qarşı etirazlar artıb. Bu hallar Fransanı daha çətin vəziyyətə salır. Təbii ki, Fransa həmin müstəmləkələrdən milyardlarla vəsait əldə edir. Bu halda həmin əhalinin iqtisadi problemlərlə üzləşməsi fonunda Fransa iqtisadiyyatına müstəmləkə gəlirləri əlavə olunur. Heç bir halda Fransanın bu siyasəti uzaq prespektiv üçün davamlı ola bilməz”.

 

Asiman Vəliyeva