Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri: "İran nüvə silahına sahib olmağa yaxındır"

Tarix: 21:57 17.04.2025
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Fransanın "Le Monde" nəşrinə verdiyi müsahibəsində deyib.
Mövzu ilə əlaqədar politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, əlbəttə ki, İranın nüvə silahı əldə etməyə çalışması dünya ictimaiyyətini narahat etməyə bilməz.
"Əlbəttə ki, İranın və yaxud digər dövlətin atom silahı əldə etməsi ilə əlaqədar hərəkətləri dünya ictimaiyyətini narahat etməyə bilməz. Bildiyimiz kimi, İranın dövlət olaraq imici bir mənalı şəkildə deyildir. Onun proksi qüvvələri var. Bu və ya digər terrorist təşkilatlara köməklik etməsilə əlaqədar beynəlxalq mətbuat da, ictimaiyyət də kifayət qədər məlumatlar var. Hətta İrana yaxın müttəfiq olan Rusiya da İranın nüvə silahı əldə etməsilə əlaqədar hərəkətlərindən narahatdır. Buna misal olaraq, Rusiya və Amerikanın Səudiyyə Ərəbistanda baş tutan ciddi görüşündən sonra Rusiyanın Xarici İşlər Nazirinin rəhbəri Sergey Lavrovun İran haqqında dediyi sözlər diqqətə layiqdir. Sergey Lavrov qeyd edib ki, İranın bugünki gündə nüvə silahı əldə etməsi ilə apardığı işlər qəbuledilməzdir. Digər tərəfdən də bildiyimiz kimi, ABŞ ilə İran arasında danışıqlar bərpa olunub. Ancaq əvvəlki danışığa nisbətən bu danışıqlar ikitərəflidir. Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra İranla Omanın Masqat şəhərində danışıqlar aparıb. Danışıqlar zamanı bir mənalı şəkildə İranın nüvə silahı əldə etməməsilə əlaqədar söhbət aparılıb. Burada ABŞ-nin İrandan tələbi ondan ibarətdir ki, bu prosesi dayandırsın. İranın nüvə silahına yiyələnməməsi ilə əlaqədar ABŞ-nin təkliflərini İran tərəfi müzakirə edərək təklif irəli sürübki, ancaq və ancaq Beynəlxalq Nüvə Agentliyi İranın nüvə silahını əldə etməməsilə əlaqədar olan monitorinqi o keçirdə bilər. Yəni, nüvə və hərbi obyektlərə gedişinə İran dövləti icazə verəcəkdir. Əlbəttə ki, bu danışıqlar çox güman ki, nəticə verəcəkdir. Çünki nəticə verməsə, İrana qarşı sanksiyaların sərtləşdirilməsi hərbi təcavüzün olacağına mesaj verir. Ona görə də , böyük ehtimal İranla ABŞ arasında razılaşma baş tutacaqdır".
Səmayə Səftərova