Rusiya və İran arasında strateji tərəfdaşlıq

Bölmə: Dünya › ,
Tarix: 19:55 21.04.2025

Rusiya Prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişini təsdiq edən qanunu imzalayıb.

 

 

Bu saziş iki ölkə arasında hərbi müdafiə, terrorizmlə mübarizə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir.
Yanvarın 17-də Rusiya Prezidenti Putin və İran Prezidenti Məsud Pezeşkian iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Rusiya Dövlət Duması və Federasiya Şurası daha əvvəl bu sazişi təsdiqləyib. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, razılaşmanın qarşılıqlı hərbi yardımı nəzərdə tutmadığını bildirərək deyib: "Rusiya İrana hərbi dəstək vermək məcburiyyətində deyil”.



Mənbə: CNN Türk
Nərmin Həşimova