Bir bitkiyə zərər versəniz, qışqırar

Bölmə: Maraqlı › ,
Tarix: 19:36 02.05.2025

Bitkilər insan qulağının eşidə bilmədiyi ultrasəs tezliklərində partlama və ya tıqqıltı səsləri yayır və bu səslər bitki stressə düşdükdə artır. Aparılan bir araşdırmaya görə, bu səslər bitkilərin ətraflarına narahatlıqlarını çatdırmaq üsullarından biri ola bilər.

 

Alimlərin fikrincə, "Sakit bir tarlada belə, əslində bizim eşidə bilmədiyimiz səslər var və bu səslər müəyyən məlumatlar daşıyır. Bu səsləri eşidə bilən heyvanlar var, bu səbəbdən burada olduqca çox akustik qarşılıqlı təsirin olması ehtimalı mövcuddur". Stressə düşən bitkilər düşündüyünüz qədər passiv deyil. İnsanların müşahidə etdiyi ən nəzərəçarpan dəyişikliklərdən biri də çox güclü ətirli maddələr ifraz etmələridir. Bundan əlavə, rənglərini və formalarını da dəyişə bilirlər. Bu dəyişikliklər ətrafdakı digər bitkilərə təhlükə siqnalı göndərə bilər və onların müdafiə sistemlərini gücləndirmələrinə səbəb ola bilər. Həmçinin bitkiyə zərər verən zərərvericilərlə maraqlanmaq üçün bəzi heyvanları cəlb edə bilərlər. Lakin bitkilərin başqa növ siqnallar yaydığı tam olaraq araşdırılmayıb.

 

Alimlər bitkilərin səsləri eşidə bildiyini kəşf etdilər. Bunun məntiqi davamı olaraq, onların səs çıxara bilib-bilmədiyi sualını ortaya qoydular. Bunu öyrənmək üçün pomidor və tütün bitkiləri müxtəlif şəraitlərdə qeydə alındı. İlk olaraq, stress altında olmayan bitkilər qeydə alındı və əsas ölçülər alındı. Daha sonra, susuz buraxılan və gövdəsi kəsilən bitkilər qeydə alındı. Bu qeydlər əvvəlcə səs keçirməyən akustik otaqda, sonra isə adi istixana şəraitində aparıldı. Bitkilərin yaydığı səslər insanın eşidə bilməyəcəyi qədər yüksək tezlikli tıqqıltı və ya partlama səslərinə bənzəyir və bir metrdən artıq məsafədən belə aşkar edilə bilir. Stress altında olmayan bitkilər çox az səs çıxarır. Əvəzində, stress altında olan bitkilər xeyli gurultulu olur. Növündən asılı olaraq saatda ortalama 40 tıqqıltıya qədər səs çıxarırlar. Susuz qalan bitkilərin isə özünəməxsus bir səs profili var. Susuzluqdan əvvəl daha çox tıqqıldamağa başlayırlar, susuzluq artdıqca səslər də artır və bitki solmağa başladıqda səslər azalır. Alqoritm bu səsləri və bu səsləri çıxaran bitki növlərini ayıra bilir. Bu vəziyyət yalnız pomidor və tütün bitkiləri ilə məhdudlaşmır. Araşdırma qrupu müxtəlif bitkiləri də test etdi və səs çıxarmağın bitkilərdə olduqca geniş yayılmış bir fəaliyyət olduğunu aşkar edib. Bu səslər buğda, qarğıdalı, üzüm, kaktus və henbit kimi bitkilərdə də qeydə alınıb.


TRT Haber

Billurə Quliyeva