BDU-da “Sabaha saxlamayaq” adlı simulyasiya

Bölmə: MEDİA › ,
Tarix: 11:59 07.05.2025

Bakı Dövlət Universitetində jurnalistika fakültəsinin "Yeni media və kommunikasiya nəzəriyyəsi" fənni çərçivəsində İctimai Televiziyanın "Sabaha Saxlamayaq" verlişinin simuliyasiyası keçirilib. 


Tədbirə Vüsalə Məmmədova və Ürfan Məmmədli məruzələri ilə başladılar.  Onlar kariyera imkanlarından danışıblar. Vüsalə Məmmədova mətbuatda yaxşı jurnalistlərə ehtiyac olduğunu qeyd edib. Tədbirin gedişində Vüsalə Məmmədova sözü Ürfan Məmmədliyə verir, o isə şansdan danışıb. İndiki nəsli nə qədər şanslı hesab etdiyini qeyd edib. Onlar söhbətlərində öz təcrüblərindən də danışıblar. Vüsalə Məmmədova:

"Hər bir fürsəti dəyərləndirməyi bacarmalısınız. Universitetdə təhsil ala-ala praktik bacarıqlarınızı da genişləndirməlisiniz",-deyib.

 

Tədbirin gedişatında aparıcılar auditoriyaya müraciət edərək onların irad və təkliflərini irəli sürməklərini istədilər. Simuliyasiyada fakültənin müəllimləri də öz fikirlərini auditoriyaya çatdırıblar. Aparıcılar öz arzularından da söz açıblar.  
Tələbələr aparııcılara öz suallarını ünvalyıblar. Tələbələrin sualları ətraflı şəkildə cavablandırıb.

Aparıcılar tələbələrə vacib tövsiyələr veriblər. 
Vüsalə xanım qeyd edib ki, maraqlı xəbərlə qarşılaşdıqda onu bir neçə mənbədən araşdıraraq xəbərin doğru olduğuna əmin olmalısınız.
Vüsalə xanım və Ürfan bəy "Sabaha Saxlamayaq" verlişinin prioritet  mövzularından da danışıblar. Verlişin əsas mövzularından birinin  "Qadın hüquqları" barəsində olduğunu bildiriblər. Ürfan bəy deyir ki, insan özünə inanmalıdır. İşdə inam ön planda olmalıdır.  Aparıcılar komanda işinin nə qədər önəmli olduğundan da danışıblar. 

Sonda Ürfan bəy tələbələrə sualını ünvanlayıb. 
Vüsalə xanım isə tələbələrə motivasiya yönümlü məsləhətlər verib.  Tədbirin sonunda xatirə fotosu çəkilib. 

 


Kəmalə Vəliyeva , Nərmin Həşimova