"Real"ın qapıçısı klubdan ayrılmaq istəyir

Tarix: 10:41 31.05.2025
Ukraynalı qapıçı Andrey Lunin yayda İspaniyanın "Real" klubundan ayrılmaq istəyir.
"İnformator.az" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
26 yaşlı qolkiper az forma şansı əldə etdiyi üçün Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Türkiyənin "Qalatasaray" klubu ukraynalı futbolçu ilə maraqlanır.
"Real" isə oyunçunu 20 milyon avro müqabilində buraxmağa hazırdır.
Qeyd edək ki, Luninin klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.