Mustafa Həkimoğlu performansıyla diqqət çəkir

Tarix: 20:58 15.05.2025
Beşiktaşın gənc futbolçusu Mustafa Həkimoğlu, baş məşqçi Ole Qunnar Sulşerin əvəzolunmaz oyunçularından birinə çevrilib. Norveçli mütəxəssisin komandaya rəhbərlik etməsindən sonra forma şansı qazanan 18 yaşlı oyunçu, Adana Dəmirsporla qarşılaşmada assistlə yadda qalıb.
Mövsümə yaxşı başlayan və Superkubok matçında "Qalatasaray"ın qapısından top keçirən Mustafa, sonradan qısa müddətli durğunluq yaşayıb. Xüsusilə "Ajax" səfərində start heyətində meydana çıxdıqdan sonra daha az oynama imkanı əldə edib. Lakin son dövrlərdə gənc futbolçu yenidən komandaya daxil olmağı bacarıb.
Mustafa Həkimoğlu, Premyer Liqada keçirilən son 5 oyunun 4-nə start heyətində başlayıb. Bu mövsüm ümumilikdə 6 matçda ilk 11-likdə yer alan futbolçunun bunlardan 5-i məhz Sulşer dönəminə təsadüf edir.
Norveçli baş məşqçi həmçinin Həkimoğlunun mövqeyində də dəyişiklik edib. Əvvəllər mərkəz hücumçusu kimi çıxış edən Mustafa, son həftələrdə sol və sağ cinahda da forma geyinməyə başlayıb.
Məlumata görə, Ole Qunnar Sulşer gənc futbolçunu gələcək mövsüm üçün də heyətində saxlamağı planlaşdırır.
TRT SPOR
Güıhüseynova Güllər