Norveç NATO-nun Arktika Hava Əməliyyatları Mərkəzinə ev sahibliyi edəcək

Tarix: 21:27 15.05.2025
Norveç Hərbi Hava Qüvvələrinin Bodo şəhərində yerləşən bazası, Arktikada NATO-nun yeni Hava Əməliyyatları üzrə Birgə Komandanlıq Mərkəzinin müvəqqəti yerləşəcəyi məkan olacaq.
Bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin yaydığı açıqlamada bildirilir: "Hökumət, Bodo Silahlı Qüvvələr Bazasının NATO-nun üçüncü Hava Əməliyyatları Mərkəzinin müvəqqəti yerləşdirilməsi üçün hazırlanması istiqamətində işlərə başlayıb".
Məlumata görə, daimi mərkəz tam hazır olana qədər, müvəqqəti bazada bir neçə yüz hərbi qulluqçunun bir neçə il müddətində fəaliyyət göstərməsi nəzərdə tutulur.
Mənbə :Caliber
Aytən Ağazadə