Zelenski İstanbuldakı danışıqlarda iştirak etməyəcək

Bölmə: Dünya › ,
Tarix: 21:33 15.05.2025

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya və Ukrayna arasında keçirilməsi planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula səfər etməyəcək.

 

Bu barədə AFP Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

 

Məlumata görə, danışıqlarda iştirak etmək üçün Ukrayna nümayəndə heyəti İstanbula göndəriləcək. Rusiya nümayəndə heyəti isə artıq şəhərdədir və Ukrayna tərəfini gözləməyə davam edir.

 

Mənbə : Caliber

Aytən Ağazadə