KKTC Baş naziri Üstel: "Yunanların ağlında sülh yox, müharibə var"

Tarix: 22:15 15.05.2025
Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel, Cənubi Kipr Rum Administrasiyasının (GKKK) ölkəsində mülk alanlara qarşı başlatdığı hərəkətlərin cavabsız qalmayacağını ifadə edərək, “Kıbrıs Rumlarının fikri sülh deyil, müharibədir”,- dedi.
Üstel hökumətdəki ortaqları Demokrat Partiyasının sədri Fikri Ataoğlu və Dirçəliş Partiyasının sədri Erhan Arıklı ilə keçirdiyi mətbuat konfransında iqtidarda keçirdikləri üç ili dəyərləndirib.
Yığıncaqda jurnalistlərin KKTC-də mülk satın alanlara qarşı həbslər və beynəlxalq axtarış qərarı kimi həyata keçirdiyi tədbirlərlə bağlı jurnalistlərin sualları üzərinə Üstel, Rum Administrasiyasına qarşı alınacaq tədbirlərlə bağlı prezident Ersin Tatar və Türkiyə ilə məsləhətləşdiklərini və görüləcək tədbirlərin gələn həftə açıqlanacağını qeyd edib.
Üstel, Cənubi Kipr Rum Administrasiyasının AB üzvlüyündən körpü deyil, təzyiq vasitəsi kimi istifadə etdiyini, Kıbrıs türklərinin indi təkcə embarqolarla deyil, həm də siyasi şantaj və iqtisadi təxribat cəhdləri ilə qarşı-qarşıya olduğunu bildirib.
Baş nazir Üstel yığıncaqda Kipr türk xalqının heç bir haqsızlığa boyun əyməyəcəyini və KKTC-də mülk sahibi olanlara qarşı Kipr Rum Administrasiyasının başlatdığı təşəbbüslərin qarşılıqsız qalmayacağını ifadə edərək, bunları qeyd etdi:
"Kiprli Rumların sülh deyil, ağıllarında müharibə var. Kipr Rum Administrasiyası sülhdən danışsa da, onların ağlında müharibə olduğunu anlayırıq. Əgər beynəlxalq ictimaiyyət həqiqətən adada daimi həll istəyirsə, Kipr Rum Administrasiyasını dayandırmalıdır".
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli