Bir ili tamam olmamış vəzifəsindən azad edilib

Tarix: 22:17 15.05.2025
Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Məmmədov Vüsal Ələkbər oğlu tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, o, bu vəzifəyə 2024-cü ilin 25 iyununda təyin olunub.