Aİ Şurasının sədri Kosta: "Albaniya Aİ-nin genişlənmə prosesinin təcəssümüdür"

Bölmə: Dünya › ,
Tarix: 22:18 15.05.2025

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta bildirib ki, Aİ-yə üzvlük prosesində olan Albaniya İttifaqın genişlənmə istəyinin konkret nümunəsidir.

 

Balkan ölkələrinə səfər edən Kosta Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo və Şimali Makedoniyadan sonra Albaniyanın paytaxtı Tiranaya gəlib.

 

Kosta Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə görüşüb və birgə mətbuat konfransı keçirib.

 

Qərbi Balkan ölkələrinə genişlənməsini Aİ-nin ən böyük geosiyasi sərmayəsi kimi xarakterizə edən Kosta, "Albaniya AB-yə üzvlük yolunda doğru yolda olduğu üçün Aİ-nin genişlənmə prosesinin konkret nümunəsidir",- dedi.

 

Albaniyanın baş naziri Rama da ölkəsinin Aİ-yə üzvlük prosesinə toxunub və yaxın günlərdə yeni fəsillərin açılacağını açıqlayıb.

 

Rama, "Avropa Komissiyası ilə birgə hazırlanan və üzv dövlətlərin dəstəklədiyi plana əsasən, danışıqlarımızın 2027-ci ildə başa çatdırılması hədəflənib",- dedi. 

 

Təmasları çərçivəsində Albaniya Prezidenti Bayram Beqaj ilə də görüşən Kosta sabah Aİ və AB-yə daxil olmayan Avropa ölkələrinin yaratdığı Avropa Siyasi Birliyinin (ECT) 6-cı sammitində iştirak edəcək.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli