Danışıqlar Türkiyədə davam edir

Tarix: 13:32 17.05.2025
Bu gün İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə formatında üçtərəfli görüşlər baş tutacaq. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib. O, dördtərəfli – ABŞ, Rusiya, Ukrayna və Türkiyə arasında görüşün keçirilib-keçirilməyəcəyinin hələlik məlum olmadığını bildirib.
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova "İnformator.az"a açıqlamasında bildirib ki, görüşün İstanbulda keçirilməsi regional prosesləridir:
"Ümumiyyətlə qlobal sistemdə baş verən proseslərlə bağlı kifayət qədər önəmli aktor olduğunuda göstərir. Bir çox məsələlərlə bağlı müzakirələr İstanbulda keçirildiyi kimi eyni zamanda Rusiya-Ukrayna müharibəsinin başlanğıcında da ilk təşəbbüs Türkiyə vasitəsindən irəli sürülüb və kifayət qədər önəmli bir görüş və razılaşma məhz elə İstanbulda əldə edilib. Onun üçün indi ki mərhələdə hələ də görüşüb İstanbulda baş tutması, hər iki tərəfin Türkiyəyə olan etimadının bariz nümunəsidir. Digər tərəfdən isə qlobal aktorlarında Türkiyəyə verdiyi önəmin və proseslərin idarə olunmasında Türkiyənin rolunun naümid olmasının qəbul etməsi ilə bağlı yanaşmaların təcəssümüdür. Çünki ABŞ və eyni zamanda Avropanın fərqli güc mərkəzləri artıq proseslərin idarə olunmasını istəyir. İstər Orta Şərqlə bağlı olsun, istər Qlobal sistemin fərqli mərkəzləri ilə bağlı olsun ki, Türkiyənin iştirakı ilə uğurlu nəticələrin əldə olunması təəcrübəsini təsbit ediblər və qəbul ediblər və ona görə Rusiya və Ukrayna müharibəsi ilə bağlı İstanbulda keçirilən üçtərəfli görüş və ehtimal olunan, dördtərəfli görüş nəticə etibarı ilə önəmli addımdır".
Ayşən Səlimova