Yemlikotu bitkisi

Tarix: 13:41 17.05.2025
Yemlikotu, xalq arasında daha çox "yemlik" və ya "yemlik otu" kimi tanınan, adətən bahar aylarında təbiətdə öz-özünə bitən və geniş yayılmış ot növlərindən biridir. Elmi adı Sonchus oleraceus olan bu bitki, həm dərman məqsədilə, həm də qida kimi istifadə olunur.
Mövzu ilə bağlı qida eksperti Məhsəti Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki, ümumiyyətlə bir çox bitkilərin eləcə də yemlik otunun faydalı xüsusiyyətləri var:
"Lakin nəzərə almaq lazımdır ki, bütün bitkilərin hər birinin faydalı xüsusiyyətləri kimi zərərləri də var. Xüsusi ilə bundan bəzən kor-koranə şəkildə müalicəvi məqsədlə istifadə etdikdə eləcədə bəzilərindən gündəlik və həddindən artıq çox miqdarda qida vasitəsi kimi istifadə etdikdə bu zaman sağlamlıq üçün ciddi fəsadlar yarana bilər. Xüsusiilə də bəzən xroniki xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Yemlik otunun faydalarından biri də onun qan azlığına olan təsiridir. Bu onun tərkibindəki vitaminlərlə əlaqəlidir. Orqanizmdə iltihab əleyhinə çox gözəl təsiri var. Mütəmadi olmadan istifadə etdikdə xroniki yorğunluğun və depressiyanın da qarşısını alır. Bu bitkini həddindən artıq çox istifadə etdikdə bir çox hallarda dəridə qızartı, allergiyaya səbəb ola bilər. Eyni zamanda hamilə qadınlar bu bitkidən istifadə etmədən öncə mütləq həkimlə məsləhətləşməlidir".
Fatimə Heydərova