Çin telekommunikasiya peykini orbitə buraxıb

Tarix: 19:43 20.05.2025
Çinin “Long March 7A” raketi “ChinaSat-3B” rabitə peykini orbitə buraxıb.
İki mərhələli raket çərşənbə axşamı günü, Pekin vaxtı ilə saat 19:50-də (Bakı vaxtı ilə 15:50) Cənubi Çində yerləşən Hainan adasındakı Vençan Peyk Buraxılış Mərkəzindən buraxılıb.
“China Satcom” şirkətinə məxsus Ku diapazonlu geostasionar rabitə peyki uğurla təyin olunmuş orbitə daxil olub. Bu peyk eyni tipli digər cihazlarla birlikdə orbitdə fəaliyyət göstərəcək. Peyk istifadəçilərə telefon xidmətləri, rəqəmsal məlumat ötürülməsi, televiziya və radio siqnallarının ötürülməsi imkanları təqdim edəcək.
Caliber
Billurə Quliyeva