ABŞ-nin borc yükünün pisləşməsi iqtisadi narahatlıqları dərinləşdirir

Tarix: 18:47 20.05.2025
ABŞ-də sürətlə artan milli borcun nəzarət altına alınmasa, gələcək illərdə ölkə iqtisadiyyatının həcminə, məşğulluğa, investisiyalara və maaşlara mənfi təsir göstərəcəyi gözlənilir. ABŞ-nin borc yükünün pisləşməsi iqtisadi narahatlıqları dərinləşdirir.
Beynəlxalq kredit reytinqi agentliyi Moody's ABŞ-nin kredit reytinqini "Aaa"dan "Aa1"ə endirib və buna səbəb kimi dövlət borcunun və faiz ödənişlərinin artması ilə ölkənin daha ağır borc yükünü yenidən gündəmə gətirib. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-də xərclər və gəlirlər arasındakı struktur disbalans milli borcun sürətlə artmasına səbəb olur və mövcud tendensiya davam edərsə, qarşıdakı illərdə iqtisadi artımın yavaşlaması, milyonlarla insanın işini itirməsi, investisiyaların azalması riski var.
Trt haber
Asiman Vəliyeva