ABŞ-nin dövlət katibi: "Suriyanın yeni hökuməti yaxın həftələrdə devrilə bilər"

Bölmə: Dünya › ,
Tarix: 00:28 21.05.2025

"Suriyanın keçid administrasiyası üzləşdiyi çətinliklər fonunda yaxın gələcəkdə tammiqyaslı vətəndaş müharibəsinə sürüklənə və ya hakimiyyətini tamamilə itirə bilər".

 

“İnformator.az” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələr zamanı bildirib.

 

 

Onun sözlərinə görə, Ərəb Respublikasında vəziyyət qeyri-sabit olaraq qalır və bu səbəbdən ABŞ həmin ölkədə səfirlik açmaq niyyətində deyil:

 

"Qiymətləndirməmizə görə, keçid hökuməti irimiqyaslı vətəndaş müharibəsinə və potensial çöküşə, həmçinin ölkənin parçalanmasına səbəb ola biləcək hadisələrdən sadəcə bir neçə həftə və ya ay uzaqlıqdadır".