İBB-də 4-cü korrupsiya əməliyyatı: 45 nəfər saxlanılıb

Tarix: 17:23 23.05.2025
Əkrəm İmamoğlunun da adı keçdiyi korrupsiya istintaqı davam edir. İstanbul Baş Prokurorluğu tərəfindən “cinayətkar təşkilatın rəhbəri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “rüşvət alma”, “məlumatların ələ keçirilməsi” və “tenderin saxtalaşdırılması” ittihamları ilə istintaq başlanıb.
İSTAÇ, KİPTAŞ və Yol İstismar İdarəsində aparılan yoxlamalarda qanun pozuntuları aşkarlanıb. İmamoğlunun şəxsi katibi Kadriye Kasapoğlu, mühafizə meneceri Mustafa Akın, baş katib müavini Gürkan Alpay və digər vəzifəlilər də daxil olmaqla 49 nəfər barəsində həbs qərarı çıxarılıb, bəziləri məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
İstanbul Maliyyə Cinayətləri Mübarizə Şöbəsi tərəfindən altı şəhərdə keçirilən əməliyyatlarda 45 şübhəli saxlanılıb. Axtarışlar davam edir.
Mənbə:TRT haber
Mahmudlu Ləman