Odessa iki "İsgəndər"lə vurulub: ölənlər və yaralılar var

Bölmə: Dünya › ,
Tarix: 22:58 23.05.2025

Bu gün rus işğalçıları iki ballistik raketlə Odessanın liman infrastrukturuna zərbələr endiriblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

 

Məlumata görə, ruslar iki “İsgəndər-M” ballistik raketindən istifadə ediblər.

 

Hücum nəticəsində 2 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilib.