İsrailin Regionda Yeni Hədəfləri

Tarix: 17:37 23.05.2025
İsrail aviasiyası Livanın cənubundakı Nəbatiya əyalətinin Tul yaşayış məntəqəsində binaya zərbələr endirib.
Hədəf alınan binanın Hizbullaha məxsus obyekt olduğu vurğulanıb.
Bildirilib ki, hazırda İsrailin pilotsuz təyyarələri yaşayış məntəqəsi üzərində uçuşlar həyata keçirir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a müsahibəsində bildirib ki,
son günlərdə İsrailin İrana aviasiya zərbələri endirmək planının olduğu və buna hazırıq gördüyü haqda məlumatlar yayılır:
“Görünür İranın proksi qüvvələri tərəfindən özünə qarşı təhlükələri minimuma endirib sonra İrana zərbə endirmək istəyir. Livandakı Hizbullah nöqtələrini vurmasını bununla izah etmək olar. Hizbullahı əvvəlki liderinin və bir sıra üzvlərinin İsrail tərəfindən öldürülməsi və strateji nöqtələrinin sıradan çıxarılmasından sonra bu təşkilatın bölgədə yenidən savaşa qoşulacağı ehtimalı azdır. İsrail Suriyanı da bu cür iddialarla bombalayır mütəmadi olaraq. Hizbullahın dayaqlarından biri sabiq Suriya rejimi idi. Həm İsrailin Hizbullahı əhəmiyyətli dərəcədə zəiflətməsi həm də Əsəd rejiminin çökməsi bu qrupun əvvəlki qüdrətdə olması ehtimalını minimuma endirir. Lakin təbii ki, İsrailə qarşı lokal əməliyyatlar edə bilər hətta bu dirəniş İsrailə bəhanə verərək Livanın tam bombalalamasına da nail ola bilər. Çünki biz izah edirik ki, İran və İrana bağlı bütün təşkilatlar indiyəcən yalnız İsrailin strateji hədəflərinə xidmət edib, şərait yaradıb, dəstəvuz verib”.
Asiman Vəliyeva