Rusiyaya ən güclü təzyiqi göstərməliyik - Kallas

Tarix: 19:11 25.05.2025
Biz bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiqi göstərməliyik.
"İnformator.az" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya ordusunun Ukraynaya kütləvi zərbələrindən sonra sosial şəbəkədə yazıb.
Onun fikrincə, Rusiya Ukraynanı məhv etməyə çalışır və genişmiqyaslı hücumlar da bunu təsdiqləyir.
Qeyd edək ki, Rusiya ordu bölmələri ötən gecə Ukraynanın müxtəlif şəhərlərinə dron və raket zərbələri endirib. Hücumlarda ölən və yaralananlar var.