Türkiyə və Pakistan arasında 5 milyardlıq sövdələşmə...

Tarix: 22:05 25.05.2025
Türkiyə və Pakistan arasında 5 milyard dollar məbləğində ticarət əlaqələri qurulacaq.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüşdə razılıq əldə olunub.
Görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə lideri iki ölkə arasında hər sahədə, xüsusilə enerji, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsini vurğulayıb. O, İstanbul-Tehran-İslamabad qatar xəttinin yaradılmasının vacibliyini, təhsil sahəsində konkret addımların atılmasına da qeyd edib.
Ərdoğan Fələstin məsələsində Pakistanın prinsipial mövqeyini təqdir etdiyini də dilə gətirib.