Ərdoğan yenidən prezident seçiləcək - Yayman

Bölmə: Dünya › ,
Tarix: 00:49 26.05.2025

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanın yeni prezidentlik müddətinə seçiləcəyinə ümid edir.

 

"İnformator.az" xəbər verir ki, bunu ölkə parlamentinin rəqəmsal media komitəsinin rəhbəri Hüseyn Yayman deyib.


O, partiyanın Ərdoğanın rəhbərliyi altında islahatlara davam etdiyini vurğulayıb.

 

Yaymanın sözlərinə görə, prezident növbəti seçkidə yenidən seçiləcək.