Türkiyənin baş konsulu Torontoda azərbaycanlıların aksiyasına qoşulub

Bölmə: Siyasət › ,
Tarix: 00:46 26.05.2025

Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib.


"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyənin Torontodakı baş konsulluğu məlumat yayıb.


"Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik", – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.