İsrail Müdafiə Ordusu Səna hava limanına zərbə endirib

Bölmə: Dünya › ,
Tarix: 13:46 28.05.2025

İsrail Hərbi Hava Qüvvələri Yəməndəki Səna beynəlxalq hava limanına zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

 

Qeyd olunub ki, İsrailin müdafiə naziri İsrael Kats husilər tərəfindən istifadə edilən təyyarənin məhv olunduğunu bildirib.


İsrail Ordusunun iddiasına görə, zərbələr hava limanının husilər tərəfindən terror məqsədləri üçün istifadə edilməsinə görə endirilib.