"İyunun 2-də İstanbulda danışıqlar aparmaq təklifimizə Ukraynadan cavab almamışıq"

Bölmə: Dünya › ,
Tarix: 22:10 29.05.2025

Kremlin sözçüsü Dmitriy Peskov iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsinin keçirilməsi təklifinə Ukraynadan hələlik cavab almadıqlarını bildirib.

 

Peskov paytaxt Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.

 

Peskov Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbulda danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və ailəsinə qarşı təhdidlər edildiyini bildirib və “Bu, tamamilə dəhşətlidir”,-deyib. 

 

Rusiya İstintaq Komitəsinin məsələni araşdırdığını bildirən Peskov, “Əgər bu təhdidlərin mənbəyi Ukrayna və Kiyev rejimidirsə, vəziyyət daha pisdir”,-deyib. 

 

Ukraynanın danışıqların yeni raundunu "pozacağı" təqdirdə Rusiyanın atacağı addımlarla bağlı sualı cavablandıran Peskov, "İkinci raund üçün 2 iyun bazar ertəsi İstanbulda görüşməyi təklif etdik. Ukraynadan cavab gözləmək və ona uyğun istiqamətlənmək lazımdır. Bildiyimə görə, indiyə qədər Ukraynadan heç bir cavab gəlməyib".

 

Peskov, Ukraynanın mümkün atəşkəslə bağlı Rusiyanın hazırladığı memorandum üçün "təcili" tələbini dəyərləndirərək, bunun konstruktiv yanaşma olmadığını bildirib. 

 

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən verdiyi yazılı açıqlamada Ukraynaya danışıqların yeni mərhələsini iyunun 2-də İstanbulda keçirməyi təklif etdiklərini açıqlayıb.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli