Putin Kremldə Nazarbayevlə görüşüb

Tarix: 22:04 29.05.2025
Rusiya Prezidenti Vladimir Putin Kremldə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu gün prezident Moskvada səfərdə olan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə Kremldə görüş keçirib”, - deyə o bildirib.
Peskov hansı mövzuların müzakirə olunduğunu açıqlamayıb.