Merts: Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil, müharibəyə hazırlaşmaq lazımdır

Tarix: 21:57 29.05.2025
Rusiya Vatikanın Ukrayna ilə danışıqlarda vasitəçilik təşəbbüsünü, eləcə də ABŞ və Avropanın atəşkəslə bağlı çağırışlarını rədd edib. Bu isə onu göstərir ki, Rusiya lideri Vladimir Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil və buna görə də daha uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, bu danışıqlar Ukrayna üçün məqbul şəraitdə baş tutacaq.
"İstanbul danışıqlarından sonra Rusiya demək olar ki, daha kəskin mövqe nümayiş etdirir. Əvvəlki görüşdən fərqli olaraq, indi Ukraynadan tələbi çoxdur. Tələblərindən biri Kırımın Rusiya ilhaqı kimi tanınması və Ukraynanın müəyyən ərazilərinin Rusiya ərazisi kimi tanıtmasını istəyir. Eyni zamanda Ukraynanın NATO integrasiyasının olmaması, digər tərəfdən silahlı qüvvələrinin saxlanmaması kimi tələbləri mövcuddur.
Belə nəticəyə gəlmək olur ki, Rusiya sülh danışıqlarına maraqlı deyil. ABŞ-nin dövlət katibi Mark Rubinin dilindən desək, Rusiyanın tələb etdiyi formatlar normal kontingent deyil. Medinskinin danışıqlara göndərilməsi Rusiyanın danışıqlara hazır olmaması, maraqlı olmaması kimi təqdim edildi. Almaniyanın yeni kanslerinin qəbul etdiyi bəyanat ciddi bəyanatdır. Onun fikri güclü Avropanın olmasıdır, buna görə də Almaniya da müəyyən gücə sahib olmalıdır.
Əlbəttə ki, Mertsin qəbul etdiyi bəyanatda həqiqət var ki, uzun müddətli müharibəyə hazırlaşmalıyıq. Bununla əlaqədar da, NATO İttifaqında olan Avropa dövlətlərinin hərbi büdcəsinin artılması və silah alınması ilə üçün ümumi qərar qəbul edilməsilə bağlı bəyanatlar verir. Rusiya Vatikanın müqəddəs yer olduğunu bildirir. Katoliklərlə Rusiya arasında vasitəçilik alına bilməz. Ona görə də bu məsələ artıq bağlanmış hesab olunur. ABŞ və Avropa Rusiyanın Ukrayna ilə apardığı danışıqları əks münasibət bildirirlər.
Böyük ehtimalla yenidən danışıqlar baş tutacaq. Ancaq bu dəfə danışıqlar Rusiyaya görə məqbul olmayan variantda olacaqdır.
Qeyd edək ki, Rusiya və ABŞ danışıqları da davam edir. Sonuncu görüşdə Mark Rubi də danışıqlarda iştirak etmək istəyirdi.
Hətta o, Ukraynanın nümayəndə heyəti ilə də görüşdü. ABŞ Ukrayna ilə mineral ehtiyatlarına görə müqavilə bağlayıb.
Rosneftin Avropada üç böyük zavoduna görə ABŞ və Rusiya arasında münasibət yarana bilər.
ABŞ iş şirkətləriylə Rusiya arasında danışıqlar gedir.
ABŞ Rosneftin Avropada yerləşən üç böyük zavodunu almaq istəyir. Avropa İttifaqının Şimal axınına qarşı biri işləyir və ona qarşı sanksiyalar tətbiq etmək fikrindədir. 2014-cü ildən sonra faktiki olaraq Rusiya və Avropa İttifaqı arasındakı münasibətlər kəskinləşdi. 2022-ci ildə Rusiya Ukraynaya hücum etdikdən sonra Rusiyadan Finlandiyaya gedən qaz axını kəməri dayandırıldı. Avropada yerləşən və Rusiyanın nəzarətində olan qaz saxlayıcı anbarların doldurulmamasıyla əlaqədar yəni, Almaniya və Polşa öz öhdəliyini yerinə yetirmədi.
Göründüyü kimi, vəziyyət kifayət qədər gərgindir. Almaniya Avropa İttifaqının aparıcı dövlətidir. Nəzərə alsaq ki, Almaniyanın yeni kansleri Merts Rusiyaya qarşı kəskin mövqe tutur. Bu da Avropa İttifaqı və Rusiya münasibətlərinin daha kəskin bir faciəyə daxil olmasını deməyə əsas verir. Rusiya-Ukrayna danışıqları, ABŞ-Rusiya danışları hələ davam edəcəkdir. Ancaq bu iki danışığın bir-birinə təsiri olduğuna görə, Donald Tramp çalışacaq ki, Ukraynadan götürdüyü dividenddən Rusiyadan da götürsün.
Belə nəticəyə gəlmək olur ki, bu danışıqlar Ukrayna üçün məqbul şəraitdə baş tutacaqdır".
Səmayə Səftərova