Azərbaycan xalqı öz azadlığı uğrunda çox ciddi mübarizə aparıb

Tarix: 14:36 28.05.2025
Tarixi münasibətlərimiz Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla güclənib
“İnformator.az” xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşündə çıxışı zamanı deyib.
“Gözəl Laçında dalğalanan Azərbaycan Türkiyə və Pakistan bayraqlarını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur. Biz ötən il Astanada üçtərəfli formatda görüşdük və qarşılıqlı maraq doğuran məsələlər ətrafında olduqca səmərəli müzakirələr apardıq. Bu gün isə füsunkar Laçında biz üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Bu arzu heç kəsi təəccübləndirməməlidir.
Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Əziz qardaşlarım son dövrlərdə bu tarixi münasibətlər Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla güclənmişdir. Bizim gücümüz həmrəyliyimizə və qarşılıqlı hörmətə əsaslanır”, - Şahbaz Şərif deyib.