“ABŞ və İran arasında aparılan danışıqlar hələ ilkin mərhələdədir”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:44 29.05.2025

 

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında aparılan danışıqlardan danışıb.

“Biz İranla çox yaxşı danışıqlar aparırıq. Bunun bir məna kəsb edib-etmədiyini görəcəyik, amma yaxşı danışıqlar aparırıq”, - Tramp bildirib.

 

Qeyd edək ki, daha öncə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirmişdi ki, İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı təmaslar davam edir.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki,

ABŞ və İran arasında aparılan danışıqlar hələ ilkin mərhələdədir:

 

“Tərəflər arasında uzun illərdir inamsızlıq olsa da, dialoqun davam etməsi ümid yaradır. Real nəticə yalnız hər iki tərəf güzəştə gedərsə mümkündür. Hələlik konkret razılaşma yoxdur, amma bu danışıqlar müsbət addım sayılır. Əgər ABŞ və İran razılığa gəlsə, Yaxın Şərqdə gərginlik azala bilər. İranın iqtisadiyyatı canlana, neft ixracı arta və sanksiyalar yüngülləşə bilər”.

 

 

Politoloq qeyd edib ki, bu, dünya bazarına da müsbət təsir göstərə bilər:

 

“Həmçinin bölgədəki münaqişələrə və siyasi münasibətlərə yeni nəfəs gələ bilər.ABŞ istəyir ki, İran nüvə proqramını məhdudlaşdırsın və bölgədə daha sakit siyasət yürütsün. Eyni zamanda, Vaşinqton bu razılaşma ilə həm təhlükəsizlik təminatını gücləndirmək, həm də beynəlxalq arenada diplomatik uğur qazanmaq niyyətindədir. Bu, həm də ABŞ-nin bölgədəki mövqeyini qorumaq cəhdi kimi qiymətləndirilə bilər”.

 

 

 

Nuray Əliyeva