“ABŞ, Rusiya və Ukraynanı barışdırmaq istəyir ”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:54 29.05.2025

Ukrayna daha bir il döyüşə bilməyəcək, ona görə də Kiyev münaqişənin 2026-cı ilə qədər bitəcəyini gözləyir.

Bunu Ukrayna lideri Volodimir Zelenski bildirib.

 

“Ukrayna daha bir il döyüşmək istəmir, bu, bizim üçün çox uzundur”, - Zelenski əlavə edib.

 

Eyni zamanda o, 2026-cı ilin yayına kimi sanksiyaların mənfi təsirinin Rusiyaya da təsir etməyə başlayacağına əminliyini ifadə edib.

 

Mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, əslində bu açıqlama da, həm də etiraf var:

 

“Burada faktiki olaraq Ukraynanın resurslarının tükəndiyini göstərir. Ukrayna döyüşə davam etmək üçün kifayət qədər resursları yoxdur. Bu kifayət qədər ciddi açıqlamalardır. Amma digər tərəfdən bu açıqlama Ukraynanın tərəfdarlarını həvəsdən sala bilər və Rusiyanı da həvəsləndirə bilər.

 

 Avropa İttifaqı başa düşə bilər ki, Ukraynaya əlavə silah-sursat göndərsə, insan resursları və maliyyə xərcləsə belə , Ukraynanın kifayət qədər döyüşməyə resursları yoxdur. Digər tərəfdən Rusiya düşünə bilər ki, Ukrayna resursları tükənib. Ona görə də maksimum təzyiqi artıra bilər. Başqa bir məsələ də var ki, Ukrayna hökuməti faktiki olaraq müttəfiqlərinə deyir ki, döyüşmək üçün resurslarımız yoxdur. Siz Rusiyaya həm təzyiqlərinizi və sanksiyalarınızı artırın, həm də bizə yardımlarınızı artırın. 

 

Çünki Zelenski qəti şəkildə sanksiyaların Rusiyaya təsir edəcəyini və zəiflədəcəyini bildirir.  Konqresdə Rusiyaya qarşı sanksiya məsələsi səslənir.Zelenski ümid edir ki, bu gün sanksiya məsələsi gündəmə gəlsə, Rusiyanın donanmasına gizli şəkildə neft satmasına qadağalar gəlsin. Xüsusilə də Çin və Hindistana gizli neft satışlarına qadağa gəlsə, o zaman Rusiya iqtisadiyyatı çökə bilər. Rusiyaya gələn kənar pullar azala bilər. Rusiya iqtisadiyyatı zəifləyə bilər. ABŞ Konqresindən də çağırış var. Rusiyaya qarşı sanksiya sərtləşdirilsin”.

 

Politoloq qeyd edib ki, hər ölkə faktiki olaraq bu məsələyə fərdi yanaşır:

 

“Rusiya daha çox ərazi işğal eləməyə çalışacaq. Avropa İttifaqı  Ukrayna müharibəsinin bir il daha davam etməsini istəyir. ABŞ isə bu məsələdə hələ ki, fərqli mövqe tutur. ABŞ, Rusiya və  Ukraynanı barışdırmaq istəyir. Rusiya ilə danışıqlar yolu ilə bunu həll etməyə çalışır”.

 

 

Nuray Əliyeva