Böyük Britaniya Arktikaya daimi qoşun yerləşdirməyi planlaşdırır

Tarix: 22:40 29.05.2025
.
Qeyd olunub ki, Britaniya ordusu Arktikada Estoniyada çoxmillətli NATO batalyonu çərçivəsində yerləşdiriləm təxminən 1000 nəfərlik britaniyalı hərbçi kontingentinə bənzər şəkildə təmsil oluna bilər.
Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a müsahibəsində bildirib ki, Britaniyanın bu qərarı Rusiya üçün arzuolunmaz olsa da, ciddi müqavimət göstərəciyinə inanmıram”
“Rusiya ümumiyyətlə Arktika zonasını özününkü hesab edir və əvvəllər də bu məsələ üzərində fərqli ölkələrlə münaqişələr yaşayıb. Ukrayna savaşı davam etdiyi çərçivədə Rusiyanın müəyyən qədər də olsa sıxıldığını fürsət bilən Britaniya bu fürsəti əldən vermək istəmir. Təbii ki, Rusiya Ukrayna mövzusunda kompromisə getmir. Bu da onun zərərinə işləyir. Çəmbəri daraldırlar. Britaniyanın NATO-nun daxilində Arktikada olması Rusiyaya təziq xarakteri daşıyır. NATO-nun isə güclənməsi deməkdir. Siyasi qənaət odur ki, Britaniya da digər Nato dövlətləri ilə bərabər Rusiya məsələsində hədəfə doğru addımlamaqda qəti mövqedədir. Həmin bölgədə düşünmürəm ki, hərbi qarşıdurma yaşansın. Rusiyanın çəmbərini daraldırlar. Çünki Ukraynada Qərb istənilənə hələ nail ola bilmir. Odur ki, ikinci cəbhə açmaq üçün səylər göstərilir. Hər bir halda NATO-nun üstünlüyünü, Rusiyaya qarşı basqısını artırmaq planı var və bunu bu cür müxtəlif variantlarla icra edirlər. Avropanın Rusiyaya qarşı tutumu dəyişmir və əksinə daha da sərtləşir”.
Asiman Vəliyeva