Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda

Bölmə: Siyasət › ,
Tarix: 22:56 29.05.2025

 

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanının açılışını edib. İki lider açılışdan sonra təkbətək görüş keçiriblər. Ərdoğanın olduğu təyyarə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında inşa edilən Laçın Beynəlxalq Hava Limanına eniş edib.

 

Prezident Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb. Ərdoğana Azərbaycana səfəri zamanı Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Milli Müdafiə naziri Yaşar Güler, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı, Ticarət naziri Ömər Bolat, Türk Dövlətləri Təşkilatı Aksakallar Şurasının sədri Binəli Yıldırım, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç, AKP sədr müavinləri Kürşat Zorlu, Ali İhsan Yavuz, Zafer Sırakaya, Hüseyn Yayman, Halit Yerebakan və MHP sədr müavini İsmayıl Özdemir müşayiət edib.

 

BBC NEWS
Səmayə Səftərova