Almaniya Ukrayna üçün uzaq mənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir

Bölmə: Dünya › ,
Tarix: 22:53 29.05.2025

 

Mövzu ilə bağlı politoloq Sultan Zahidov "İnformator.az"a açıqlamasında bildirib ki, burada hansısa ciddi riaklərin baş verməsi gözlənilmir.

 

"Almaniya kansleri Friedrich Merz əvvəldə bildirdi ki, Ukraynaya 500 metrlik "Taurus" raketləri veriləcək.
İndi bu raketlərin verilməsi üçün artıq bir platforma yaradıldı.
İki ölkə arasında uzaq mənzilli raketlərin birgə istehsalı ilə bağlı razılaşma əldə olunub.


Eyni zamanda, V.Zelenskinin ötən gün Berlinə səfərində Almaniya tərəfindən Ukraynaya 5 milyardlıq əlavə paketin ayrılması ilə bağlı razılıq əldə olundu. Bütün bunlar onu göstərir ki, Almaniya başda olmaqla Avropa da Ukraynanın məğlubiyyət görməməsi üçün öz imkanlarını səfərbər etmək niyyətindədirlər.
Avropada ötən aylarda 8 milyard euroluq xərci özündə ehtiva edən Rearm Europe proqramı təsbit olundu. Bu proqram Avropanın gələcək 10 ildə intensiv şəkildə hər birləşməsini özündə əks etdirir, eyni zamanda Ukraynaya ayrılan dəstəyin artırılması da nəzərdə tutulmaqdadır. Avropa hal-hazırda bir xov içərisində yaşayır ki, Ukraynadan sonra növbəti hədəf onlar ola bilərlər. ABŞ-nin Avropanın təhlükəsizliyinə skeptik yanaşması onları vadar etdi ki, müdafiə məsələlərinə daha çox diqqət ayırsınlar,müdafiə sənayelərini genişləndirib inkişaf etdirsinlər və Ukraynanın müdafiə qabiliyyətinin möhkəmləndirməsi üçün yardım etsinlər. Bu dəstək regional təhlükəsizlik balansında Ukraynanın məğlub olmamasını şərtləndirə bilər, yəni, tam məğlubiyyətin vaxtını xeyli uzada bilər.


Hal-hazırda Rusiya cəbhə boyu müxtəlif istiqamətlərdə az-az da olsa irəliləyir və bu, Ukrayna üçün heç də yaxşı nəticə deyil.
Belə olduqda ABŞ-nin əvvəlki kimi Ukraynaya dəstəkdə həvəsdə olmaması Avropanı artıq ön plana çıxarır və bu da Rusiya-Ukrayna müharibəsinin uzanmasına səbəbdir. Almaniya-Rusiya münasibətləri, Rusiya-Ukrayna hərbi münaqişəsinə görə demək olar ki, sıfır nöqtədədir. Almaniya artıq Rusiya qazını idxal etmir, halbuki bir zamanlar Avropada Rusiya qazından ən çox asılı olan ölkələrdən biri idi. Rusiyanın Almaniyaya bir başa hərbi müdaxilə etməsi məsələsi isə mümkünsüzdür.


Almaniya NATO ölkəsidir və Rusiya bunu həyata keçirərsə, 5-ci maddə avtomatik işə düşəcəkdir.


NATO-Ukrayna əlaqələri, ən yüksək səviyyədədir. NATO çərçivəsində Ukraynaya dəstək platformları mövcuddur, Rammstein formatında görüşlər tez-tez baş verir. NATO ölkələrinin Müdafiə Nazirləri, Ukraynanın Müdafiə Naziri və bugün Ukraynaya ən çox siyasi hərbi dəstəyi göstərən qurum elə məhz Şimali Atlantik müqaviləsi təşkilatıdır.
Almaniya-ABŞ münasibətlərində düşünmürəm ki, bir problem yaranar.


Baxmayaraq ki, ABŞ Avropa Birliyini sanksiyalara təhdid edir,
Almaniyanın hazır ki, kansleri Friedrich Merz, ABŞ ilə yaxın münasibətlərin tərəfdarı olan şəxsdir. Avropa-Atlantik əlaqələrə böyük əhəmiyyət verən bir şəxsdir. Ona görə də burada hansısa ciddi risklərin baş verəcəyi gözlənilmir".

Səmayə Səftərova