Partlayışda yaralanan digər qardaş da ölüb

Bölmə: Sosial › ,
Tarix: 20:50 29.05.2025

Neftçalada baş verən partlayışda xəsarət alan daha bir ailə üzvü ölüb.

 

"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində yanğınla müşayiət olunan partlayışda xəsarət alan qardaşlardan ikincisi - 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu xəstəxanada vəfat edib.

 

Qeyd edək ki, dünən fərdi yaşayış evində baş verən hadisə zamanı 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu yanaraq ölüb. 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu yanıq xəsarətləri ilə Neftçala xəstəxanasına yerləşdirilib.