Cənubi Asiyada diplomatik gərginlik

Tarix: 21:34 29.05.2025
Hindistanla diplomatik gərginlik artdıqca, Pakistan özünü "məsuliyyətli" tərəf kimi təqdim etməyə çalışır. Hər iki ölkə artıq silahlı qarşıdurmadan çox, beynəlxalq aləmdə siyasi təsir uğrunda mübarizə aparır.
Pakistanın baş naziri Şehbaz Şərif bu yaxınlarda Azərbaycana və Türkiyəyə yenidən səfər edib. O, həmçinin İran və Tacikistanda da danışıqlar aparır. Şərifə ordu rəhbəri Asim Munir və baş nazirin müavini İshaq Dar da qoşulub. Bu səfərlər Hindistanla gərginliyin artdığı bir dövrdə baş tutur.
İki ölkə arasında bir neçə gün davam edən raket və dron hücumlarından sonra qarşıdurma siyasi müstəviyə keçib. Hindistan 30-dan çox ölkəyə nümayəndə heyətləri göndərərək, Pakistanı Hindistan və Kəşmirdə törədilən hücumlara görə günahlandırır. Hindistan iddia edir ki, bu hücumlarda Pakistanın dəstəklədiyi silahlı qruplar iştirak edir.
Apreldə Kəşmirdə turistlərin hədəf alındığı hücumda 26 nəfər öldürülüb. Hindistan bu hücumda TRF adlı silahlı qruplaşmanı və onun LeT ilə əlaqəsini əsas gətirərək, məsuliyyəti Pakistanın üzərinə qoyub. Pakistan bu iddiaları rədd edir və müstəqil istintaq çağırışı edir.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə