Rusiya və Azərbaycan arasında informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib

Bölmə: Siyasət › ,
Tarix: 22:31 30.05.2025

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev ilə görüşüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Görüşdə Rusiya-Azərbaycan əməkdaşlığının müxtəlif sahələri, o cümlədən informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib.

Hər iki tərəf 22 fevral 2022-ci il tarixində ali səviyyədə imzalanan Müttəfiqlik qarşılıqlı fəliyyəti haqqında Bəyannamənin müddəaları əsasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.