Şıx çimərliyi yaxınlığında yanğın başlayıb

Tarix: 12:06 31.05.2025
Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə yanğın başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.